"Morion Qiymətləndirmə Mərkəzi" MMC Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi tenderin qalibi olub.
"Fins.az" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti "Morion Qiymətləndirmə Mərkəzi" ilə məbləği 173 min 725 manat olan müqavilə imzalayıb.
Müqavilə, "Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin (2023-cü il üzrə) qiymətləndirilməsi xidmətlərinin göstərilməsini" nəzərdə tutur.