Azərbaycanda qadın sahibkarlığının inkişafı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitənin əsas prioriteti olmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
"İndiyə qədər 50 qadın sahibkar işğaldan azad edilmiş ərazilərdə iş qurmaq, ora investisiya qoymaq üçün istəyini rəsmən bildirib. Bu da o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında qadın sahibkarların da rolu olacaq. Məhz bu konteksdə qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən hər 5 sahibkardan 1-i qadın olsa da, böyük sahibkarlar arasında qadın yoxdur. Orta sahibkarlıqda qadınların payı 8 %, kiçik sahibkarlıqda isə 16 %-dir", - deyə o qeyd edib.