KOB-ların gömrük xidmətlərinə çıxışının sadələşdirilməsi məsələsi diqqət çəkən məsələlərdəndir. Təklif olaraq sahibkarlara nisbətən KOB subyektlərinin Yaşıl dəhliz xidmətindən istifadəsinin daha əlçatan olması və təşviq edilməsi üçün prosedurlara yenidən baxılamasına ehtiyacın olduğunu düşünürəm.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Gömrük islahatları: Çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda yük daşımaları, o cümlədən tranzit daşıma prosesində hər hansı müştərinin hesabında və ya sənədlərində problem ortaya çıxdığı halda məsələ həll edilənə qədər TİR-lər yüklə bərabər gözləmə məcburiyyətində qalır.
“Bu isə bəzən günlər və ya həftələrlə uzana bilər. Burada beynəlxalq təcrübəni nəzərə alaraq və nəqliyyat vasitələrinin idxal və tranzit yükləmələrində boş dayanmaların qarşısının alınması üçün ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasını təklif etmək olar”, - deyə O.Məmmədov əlavə edib.
(c)APA