İdxal zamanı sertifikatların alınması üçün tələb olunan xərc yüksəkdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
“Bir çox hallarda ixracatçı ölkələrin məsul qurumları, akreditasiya olunmuş qurumlar tərəfindən edilmiş sertfikatları təqdim edən aidiyyatı qurumlarımız yenidən sertifikat alınmasını tələb edirlər. Bu da xeyli vaxt uzanmasına və əlavə xərclərə gətirib çıxarır. Ona görə də ixracatçı tərəfin təsdiqlədiyi sertifikatların bütün tanınması proseduruna yenidən baxılmalıdır. Eyni zamanda, gömrük sistemindən ishataların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamı məcburi sertfikatlaşdırma tələb olunan malların siyahısının azaldılması tapşırığını nəzərə alaraq, bu sahədə islahat tədbirlərinin həyata keçirilməsinin sürətlənməsi daha uyğun olardı”, - deyə O.Məmmədov əlavə edib.
(c)APA