BİZNES

25 Dekabr

Bakıda “Faydalı” market fəaliyyətə başlayıb

Bakıda yeni fəaliyyətə başlayan “Faydalı” marketdə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bu mağazada olan geniş çeşidli məhsullar tam təbii olması və yüksək keyfiyəti ilə seçilir. Mağazada xalq təbabətində istifadə edilən müxtəlif dərman bitkiləri,gülab və mürəbbələrin də satışı həyata keçirilir.

Respublikamızın müxtəlif regionlarından birbaşa mağazaya gətirilən kənd məhsulları hər zaman təravətli olur. Mağazada təqdim edilən hər bir nemət  gözəl görünüşü ilə yanaşı dərmansız və qatqısız olması ilə də fərqlənir. “Faydalı” marketdə ayrı-ayrı regionlarımız və xüsusilə tanınan kəndlərimiz üçün spesifik olan tam orqanik  məhsulları tapmaq mümkündür.

“Faydalı” marketdə çatdırılma xidməti də mövcuddur. Sifariş olunan məhsulların vaxtında çatdırılması mağazanın əməkdaşları tərəfindən təmin olunur. Bu işdə inkişaf etmiş çatdırılma xidmətlərindən də istifadə olunur.

Sifariş üçün: wolt tətbiqindən istifadə edə bilərsiniz.

Əlaqə: (+994)12 440-14-01