BİZNES

19 Dekabr

Bakı və İslamabad bir ay ərzində maye qazın tədarükü ilə bağlı çərçivə sazişi imzalaya bilər

İslamabad bir ay ərzində Bakı ilə Azərbaycandan mayeləşdirilmiş təbii qazın alınmasına dair çərçivə sazişi imzalaya bilər. Bunu Pakistanın dövlət neft naziri Musadik Malik deyib.

“Nazir Müsadik Malik bildirib ki, Pakistan Azərbaycanla mayeləşdirilmiş təbii qazın alınması ilə bağlı hökumətlərarası müqavilə (G2G formatında) barədə danışıqlar aparır. Onun sözlərinə görə, Azərbaycanla çərçivə sazişi yekun mərhələdədir və həftələr və ya ola bilsin ki, bir ay sonra başa çatacaq”, - deyə Pakistan məbuatı yazır.

Çərçivə sazişi çərçivəsində SOCAR-ın Pakistana maye qazı daha ucuz qiymətə təklif edəcəyi gözlənilir.

Pakistanın “Business Recorder” nəşri xatırladıb ki, 2017-ci il fevralın 28-də Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Çərçivə sazişinin detallarını müzakirə etmək səlahiyyəti SOCAR və PLL şirkətlərinə verilib.

Nəşr qeyd edir ki, PLL şirkəti çərçivə sazişinin təsdiq edilməsi üçün Pakistan hökumətinə müraciət edib. Sənədin bir sıra xüsusiyyətləri var: ilkin imzalanma müddəti bir ildir və daha bir il uzadıla bilər; SOCAR tərəfindən maye qazın bir partiyası müvafiq tədarükün başlamasından 45 gün əvvəl təklif ediləcək; yüklə bağlı hər bir təklif müəyyən edilmiş müddətdə qüvvədə olacaq və bu müddət ərzində PLL təklifi qəbul edə bilər; hər bir maye qaz yükünün qiyməti SOCAR tərəfindən ABŞ dolları ilə göstəriləcək