Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.
"Fins.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
"İqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir", - M. Cabbarov qeyd edib.
Nazir bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13,054 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.
Hesabat dövründə ölkədə 10,384 milyard manatlıq (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) kənd təssərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorundan 197,3 milyon ton (+12,9 %) yük, 1,466 milyon (+35,5 %) nəfər sərnişin daşınıb, 2,434 milyard manatlıq informasiya və rabitə xidmətləri göstərilib.