BİZNES

16 Dekabr

Vergi Xidmətinin saytında yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması ilə bağlı bölmə yaradılıb

Dövlət Vergi Xidmətinin (DVX) rəsmi saytında yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı bölmə yaradılıb

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təstiq olunan  “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” əlaqədar olaraq internet Vergi İdarəsində müvafiq portal yaradılıb (//new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.