Türkmənbaşı şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Türkmənistanın Ticarət və Sənaye Palatası, Türkiyə Palatalar və Birjalar Birliyinin birgə təşkilatçılığı ilə Türkiyə, Azərbaycan və Türkmənistanın biznes dairələri arasında üçtərəfli görüş keçirilib.
"Fins.az" xəbər verir ki, işgüzar görüşdə hər üç ölkənin biznes imkanları haqqında məlumat verilib, həyata keçiriləcək layihələrə dair təqdimat keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın "Hellmann Logistics" şirkəti ilə Türkmənistanın "Turkmen Logistics" Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.