155 min nəfərdən çox insan SİMA-nı təstiq edib mobil imzaya malikdir.
"Fins.az"xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva mətbuat konfransında bildirib.
Onun sözlərinə görə SİMA biometrik imzasının digər elektron imzalardan üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar üçün ödənişsizdir.
Agentlik sədri SİMA-nın üstünlüklərini sadalamaqla yanaşı dövlət qurumlarının bu sistemə inteqrasiyası barədə də məlumat verərək "Buna görə biz bu sistemi dəstəkləyirik.İkincisi isə bu vaxta qənaət etməyə imkan yaradacaq.15 dövlət qurumu SİMA biometrik imzasına inteqrasiyasını bitirib.155 min nəfərdən çox insan SİMA-nı təstiq edib mobil imzaya malikdir.
İnarə Vəliyeva SİMA-nın dövlət-özəl tərəfdaşlığı nəticəsində hazırlanmasına toxunaraq "SİMA biometrik imza AZİNTELECOM-un məhsulu olmasına baxmayaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində hazırlanıb.İndentifikasiya hissəsi tam olaraq özəl bir şirkətə məxsusdur",-deyə əlavə edib
Müəllif:Aynur Qəniyeva