BİZNES

16 Dekabr

Gömrük xətti ilə büdcə daxilolmaları 28%-dən çox artıb

2022-ci ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 28,2% artaraq 5 milyard 89,6 milyon manata çatıb.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 261,013 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 16,6 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 621,4 milyon manat (38,5 % çox), aksizlər üzrə daxilolmalar 149,815 milyon manat (2% çox), yol vergisi üzrə daxilolmalar isə 57,346 milyon manat (46,2 % çox) təşkil edib.