5 şirkətlə danışıqlar aparılır ki, bu şirkətlərin 45 əməkdaşı artıq Azərbaycana köçüb. Bu şirkətdən biri rəsmi olaraq ölkədə nümayəndəlik açmaq niyyətindədir.
"Fins.az" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva mətbuat konfransında bildirib.
O bildirib ki, Azərbaycanda “Nyuvizyon” adlı şirkət var, Rusiya Ukrayna hadisələri başlayanda, Rusiyadan İT mütəxəssisləri cəlb etdilər.
Onlar gəldilər burada aktiv olmağa başladılar.Hazırda atletlər kəndi ərazisində şərait yaradıldı, oradakı olan evlər istifadə olunur.
Agentliyin sədri sözügedən şirkət vasitəsilə Azərbaycana gətirilən mütəxəssislərin sayını da açıqlayaq “Onlar vasitəsi ilə 300-dən artıq İT mütəxəssis cəlb etmişik.
Müəllif:Aynur Qəniyeva