Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217.02 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 63,3 % çoxdur.
11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 335.55 milyon ABŞ dolları ixracın, 10 milyard 409.86 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,9 dəfə, idxal isə 23,1 % artıb.
Son nəticədə xarici ticarətdə 23 milyard 454.08 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.