BİZNES

15 Dekabr

Rüfət Atakişiyev: BƏƏ və Azərbaycan arasındakı əlaqələr yüksək sürətlə inkişaf edir və biznes potensialı böyükdür

BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr çox yüksək sürətlə inkişaf edir və biznes potensialı böyükdür.  

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətininin Sədrinin Müavini Rüfət Atakişiyev "Dubayda daşınmaz əmlak inkişaf modeli" mövzusunda keçirilən tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, biz  BƏƏ-nin müxtəlif hökumət nümayəndələri ilə görüşmüşük və Dubayda komissiya iclasları keçirilib. Dubaydakı Ticarət Palatası ilə anlaşma memorandumu imzaladıq. Hər il investisiya iclası keçirilir. Dubayda Expo-da Azərbaycan Pavilyonu keçirildi. Bu da bir növ biznes forumdur. Orda hər iki ölkədən sahibkarlar iştirak etdi və biz ümid edirik ki, bu axırıncı bir tədbir olmayacaq" 

KOBİA sədrinin müavinin sözlərinə görə nəzərə alaq ki, ölkələr arasındakı coğrafi məsafə uzun deyil və birbaşa təyyarə reysləri də var. Bu məsələlər Azərbaycandan turistlərin Birləşmiş Ərəb Əmirliklərinə və eyni zamanda ordan bura səfər sayının artmasına səbəb olub

Müəllif:Aynur Qəniyeva