BİZNES

15 Dekabr

Səfir: BƏƏ və  Azərbaycan müxtəlif iqtisadi sektorlar və süni intellekt kimi inkişaf etməkdə olan sahələrdə böyük potensiala malikdir

BƏƏ, həm də Azərbaycan müxtəlif iqtisadi sektorlarda, o cümlədən rəqəmsal iqtisadiyyat, qabaqcıl texnologiyalar və süni intellekt kimi inkişaf etməkdə olan sektorlarda böyük potensiala malikdir.

"Fins.az" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi deyib.

O bildirib ki, BƏƏ və Azərbaycan ikitərəfli əlaqələri möhkəm təməllər üzərində qurublar. Liderlərimizin güclü iradəsi sayəsində hər iki ölkənin iş adamları, investorları bu əlaqələrdən bəhrələnirlər

Onun sözlərinə görə 2011-ci ildə Bakıda BƏƏ-nin səfirliyi açılıb. Bu fakt isə əlaqələrimizin daha da yaxınlaşması üçün yeni qapıların açılmasına xidmət etdi, biznes strukturlarına qarşılıqlı səfərlərin, görüşlərin, müzakirələrin təşkilinə köməklik edib.

Səfir iki ölkə arasında mövcud iqtisadi əlaqələrə toxunaraq "iki ölkənin birgə səyləri nəticəsində bu gün biz Dubay Palatasının Bakı ofisinin, Azərbaycan Ticarət Nümayəndəliyinin və BƏƏ-dəki Azərbaycan Ticarət Evinin fəaliyyəti, biznes yarmarka və sərgilərdə yüksək səviyyədə qarşılıqlı iştirak, həm də ikitərəfli ticarət həcminin artmasına çalışıq. Həm BƏƏ, həm də Azərbaycan müxtəlif iqtisadi sektorlarda, o cümlədən rəqəmsal iqtisadiyyat, qabaqcıl texnologiyalar və süni intellekt kimi inkişaf etməkdə olan sektorlarda böyük potensiala malikdir."deyə qeyd edib.

Fikirlərinin davamında səfir "Beeləliklə, fürsətdən istifadə edərək, BƏƏ-nin hər bir əmirliyində investisiya imkanlarını kəşf etmək üçün sizi Invest Emirates veb saytına daxil olmağa dəvət edirəm",-deyə bildirib.

Müəllif:Aynur Qəniyeva