Türkiyədə xarici vətəndaşlara ev satışlarda ruslar birinci ,Azərbaycanlılar 11-ci yerdədir.
Fins.az xəbər verir ki, Türkiyədə mənzil satışları noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 34,1% azalaraq 117 min 806 olub.
Xaricilərə mənzil satışı noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 17,4% azalaraq 6 min 83 mənzil təşkil edib. Noyabrda xaricilərə ev satışının ümumi mənzil satışlarında payı 5,2 faiz təşkil edib. Xaricilərə mənzil satışında 2 min 616 ev satışı ilə Antalya birinci yeri tutub. Antalyanın ardınca 733 ev satışı ilə İstanbul və 567 ev satışı ilə Mersin gəlir.
Noyabrda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 2 min 575 ev alıblar. Rusiya Federasiyası vətəndaşlarının ardınca 510 mənzil alışı lə İran, 331 mənzil alışı ilə İraq və 277 mənzil alışı ilə Ukrayna vətəndaşları yer tutur.
Ruslar 2022-ci ilin 11 ayında Türkiyədə 13 min 909 ev alıblar.