“Aztelekom” MMC olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özəl internet provayderlərindən daxil olmuş şikayətlər əsasında başladığı araşdırma ilə bağlı bildiririk ki, həmin internet provayderlərinin şikayətlərini əsassız hesab edirik.
Bu barədə “Aztelekom” MMC-dən bildiriblər.
“Aztelekom” MMC müvafiq məlumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edib.
Məlumat üçün bildirək ki, “Aztelekom” MMC-nin gördüyü işlər respublikada rabitə xidmətlərinin keyfiyyətinin artırılmasına, 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər genişzolaqlı texnologiyalar əsasında sürətli internetlə təmin edilməsinə, bütövlükdə cəmiyyətin rəqəmsal inkişafına xidmət edir.
© Trend