BİZNES

14 Dekabr

İsveçrə və Azərbaycan arasında oktyabrda ticarət dövriyyəsi 437 mln. dollar olub

İsveçrə və Azərbaycan arasında ticarət dövriyyəsi oktyabr ayında 437 mln. dollar olub.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu vəsaitin 52 mln. dolları əsas əqdlərdir.

"Azərbaycandan İsveçrəyə xam neft, fındıq digər məhsullar ixrac olunur. İsveçrədən Azərbaycana isə 49 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edilib. İsveçrə kapitallı 50 şirkət Azərbaycanda fəaliyyət göstərir",- deyə nazir müavini bildirib.