BİZNES

14 Dekabr

Azərbaycanda 60 İsveçrə şirkəti var

Hazırda İsveçrənin 60 şirkəti Azərbaycan bazarında fəaliyyət göstərir.

"Fins.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin dəyəri hər il artır. Bu ilin əvvəlindən bu rəqəm 437 milyon ABŞ dolları təşkil edib. Bunun 384 milyon dolları Azərbaycanın İsveçrəyə ixracının, 52 milyon dolları isə Azərbaycanın İsveçrədən idxalının payına düşüb.

İki ölkə arasında ötən il ibağlanmış sazişlər uğurla icra edilir. Bu gün keçirilən biznes forum da ikitərəfli münasibətlərin, o cümlədən biznes münasibətlərinin inkişafına səbəb olacaq. Ötən gün isə Ticarət və İqtisadiyyat üzrə Birgə Komissiyanın iclası keçirilib", - deyə o qeyd edib.

(c)report