İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Beluqa Astara” MMC-nin təqdim etdiyi, rayonda balıqçılıq təsərrüfatının genişləndirilməsi layihəsinə 500 min manat kredit ayırıb.
Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.