Dekabrın 8-də “Netwoking Azerbaijan” biznes klubunun və "Dataline"-ın birgə təşkil etdiyi tədbir baş tutub . Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Tədbir şəhərin mərkəzində yerləşən "Shah Palace Hotel"də keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra bir yerə toplaşıb və işgüzar aləmdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 100 nəfərin iştirak etdiyi gecədə biznes klubunun həm təsisçisi və "Baku Translation" şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri "Dataline" şirkətinin direktoru Hakan Acar, şirkətin fəaliyyətindən və
uğurlarından danışıb. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara "Dataline" şirkəti tərəfində hədiyyələr təqdim edilib.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.