Türkiyəli iş adamı Bora Yazır Pakistanın ən böyük kağız istehsalçılarından biri olan “Kertas Paper Board Mills Pvt” şirkətinin 50 % səhmlərinə sahib olub.
“Fins.az” xəbər verir ki, Qafqaz bölgəsində önəmli və strateji yatırımları ilə diqqət çəkən iş adamı investisiya təcrübəsini Türkiyə və Azərbaycan üçün önəmli tərəfdaş sayılan ölkələrdə də sınamağa başlayır.
Qeyri-neft sektoruna investisiya yatırımı olaraq bu təcrübədən yararlanmaq Azərbaycan üçün də həmin sektorun inkişafını sürətləndirməyə təşviq edə, həmçinin də investisiyaların cəlbi üçün zəngin təcrübə ola bilər.
Qeyd edək ki, Pakistanın ən böyük kağız istehsalçılarından biri olan “Kertas Paper Board Mills Pvt” yarım əsrə yaxın bir dövr ərzində dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri olan şirkətdir.
Türkiyəli iş adamı 9.2 milyon dollarlıq müqavilə ilə bu şirkətin 50 % (faiz) səhmlərinə malik olub. Artıq 2023-cü ilin fevralından başlayaraq Türkiyə bazarı üçün istehsal olunan kağızların xeyli hissəsi Pakistandan idxal olunacaq.