Qadın sahibkarlara müəyyən güzəştlər qanunvericiliyə salınmalıdır.
Fins.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.
Azərbaycanda qadın sahibkarlarla bağlı xüsusi dəstəyin göstərilməsinə ehtiyac var, xüsusilə də ilkin maliyyə kapitalına çıxış baxımından.
“Qadınların maliyyə imkanları ilə kişilərin maliyyə imkanları eyni deyil. İlkin kapitala çıxış baxımından işlər görülməlidir. Bununla bağlı biz də artıq qanunvericiliyə dəyişikliklər etməliyik. Xüsusilə qadın sahibkarlara müəyyən güzəştlər qanunvericiliyə salınmalıdır”, - deyə o qeyd edib.