BİZNES

14 Dekabr

Bakı Tekstil Zavodu maska istehsalında istifadə edilən 2 xətti başqa məhsulun istehsalına yönəldir

Bakı Tekstil Zavodunun sosial layihə olması barədə İqtisadiyyat Nazirliyində və dövlət orqanlarında məlumat var.  Verilən 1milyon 200 min kredit əsasında 1 ilə 370 milyon məhsul istehsal etməli idik,lakin biz onu 120 milyon həcmdə edə bildik.

Bunu “Fins.az”-a açıqlamasında Bakı Tekstil Zavdunun rəhbəri Səkinə Babayeva deyilb.

O bildirib i, Təəssüf ki, bizim 7 milyona yaxın maska əlimizdə qaldı. Hazırda bu strateji məhsul olduğuna görə 10 milyon maskanı və maska xammal ehtiyatı saxlayırıq ki, fövqaladə  hallar olanda biz artıq hazırıq.Ona görə ki, ölkəmizdə artıq belə bir fabrik var. Bakı Tekstil Zavodunun sosial layihə olması barədə İqtisadiyyat Nazirliyində və dövlət orqanlarında məlumat var.   1milyon 200 min verilən kredit əsasında 1 ilə 370 milyon məhsul istehsal etməli idik,lakin biz onu 120 milyon həcmdə edə bildik. Onun üçün də biz  dörd xətt üzrə istehsalı  saxladıq. Digər xətləri isə artıq 1 ildir  başqa məhsulun istehsalına çevirməyi planlayırıq.

Səkinə Babayeva dövlətdən gözlənilən dəstək tədbirlərini sadalayaraq “Biz istərdik ki, Bakı Tekstil Zavodu kimi müəssisələr yarandığı zaman əgər müəssisə tələbatı ödəyirsə, dərhal xaricdən gətirilən məhsullara qəti qadağalar qoyulsun. Daxili şəbəkələrdə satılan çox böyük apteklər var. Bunlara da əgər istehsal məhsulu deyilsə satışında hər hansı bir azaldılmalar olsun. İstehsal zamanı məhsul iki aydan sonra satışa çıxarılır və arada marja fərqi yaranır. İdxalçılar 20 qəpiyə satır biz 11 qəpiyə veririk və arada çox böyük mənfəət vergisi var. Düşünürük ki,Dövlət Vergi Xidməti eyni zamanda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna diqqət etməlidir. Qiymət rəqabəti və daxili istehsal arasındakı fərqlərə güzəştlər tətbiq olunmalıdır. Bu kimi problemlərin yaranmaması və həlli üçün Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti arasında bir işçi qrupun daim olması mütləqdir”,-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva