BİZNES

14 Dekabr

Mikayıl Cabbarov: Humix MMC-yə 497 min manat güzəştli kredit ayrılıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün Humix MMC-yə 497 min manat güzəştli kredit ayrılıb.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi sosial şəbəkə hesabında yazıb.