Azərbaycanda 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu qadın sahibkarlardır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dekabrın 14-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə zamanı deyib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadın sahibkardır.
Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır. “Ancaq bəzi sahələrdə fərqlər var və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığın inkişafı istiqamətində iş aparılır”, - deyə o qeyd edib.