BİZNES

13 Dekabr

Poçt göndərişlərinə görə insanların aeroporta getməməsi üçün prosedurlar sadələşdiriləcək

“Poçt göndərişləri ölkəyə gəlirsə, nəyə görə insanlar gömrük ödənişi üçün aeroporta getməlidir? Haqlı olaraq insanlar deyirlər ki, mən poçta ilə almışamsa, bu, evimə gəlməlidir”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Bəzi hallarda insan gömrük ödənişi üçün aeroporta getməli olurlar. Biz bunun üzərində düşünürük ki, proseduru neçə sadələşdirmək olar. Ona görə də poçtdaşımanı həyata keçirən şirkət dövlətə ödənilməli vəsaiti ödəsin, vətəndaş niyə ödəməlidir ki? Çalışırıq ki, vətəndaşın üzərinə güc düşməsin”, - deyə Şahin Bağırov bildirib.