BİZNES

13 Dekabr

Gömrük rəhbəri: "Hədəf gömrük orqanlarında şəffaflıq səviyyəsinin yüksəldilməsidir"

“Bizim qarşımızda duran əsas hədəf gömrük orqanlarında şəffaflıq səviyyəsinin yüksəldilməsidir. Bu yoldan heç vaxt dönən deyiləm, qarşıya qoyulan hədəfləri yerinə yetirəcəyik. Bir rəhbər kimi mən buna məsuliyyət daşıyıram”. 

“Fins.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zaman deyib.

Şahin Bağırov vurğulayıb ki, əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin, gömrük orqanlarının əməkdaşlarının və vətəndaşların məmunluğunu təmin etməkdir.  

Onun sözlərinə görə, korrupsiyaya meyilliliyinin azaldılması məqsədilə gömrük orqanları əməkdaşlığının əmək haqlarının lazımi səviyyədə olması zəruridir.