BİZNES

13 Dekabr

Gömrük rəsmisi:“Belə olan halda da biz ortada qalırıq”

“Gömrük sahəsində dərmanlarla bağlı problemlər var və vətəndaşlar bundan şikayətçidir”.

“Fins.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.

O qeyd edib ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir şəxsin şəxsi istifadə məqsədi ilə dərman gətirməsi üçün konkret ölçülər yoxdur: “Biz hazırda bu ölçülərin, meyarların müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi ilə işlər aparırıq. Hazırda təəssüf ki, biz bu meyarları ölçə bilmirik. Bəzən olur ki, vətəndaşlar hətta ölkə qeydiyyatında olmayan dərmanlar belə gətirmək istəyirlər. Bu isə ölkəyə dərman idxal edən özəl şirkətlər tərəfindən narazılıqla qarşılanır.

Onlar bildirir ki, bu dərman ölkə qeydiyyatında olmasa da, apteklərdə satılır. Belə olan halda da biz ortada qalırıq. Bir daha qeyd etmək istəyirəm ki, hazırda şəxsi istifadə üçün dərmanların miqdarının müəyyənləşdirilməsi ilə bağlı hökumətin tapşırığı əsasında Səhiyyə Nazirliyi ilə işlər aparırıq”.