BİZNES

13 Dekabr

“Onların keyfiyyətləri ilə bağlı suallar var”

“Universitetlərimiz 300 minə yaxın IT mütəxəssisi yetişdiriblər. Onların keyfiyyətləri ilə bağlı suallar var. Bunları nəzərə alaraq ötən il “Technes” layihəsinə başlamışıq”.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnnovasiya Sammitində bildirib.

Nazir qeyd edib ki, mühüm addım atılacaq və 3000 universitet məzunu ilə bağlı böyük işlər görüləcək: “Azərbaycan hökuməti bu sahədə inkişafı davam etdirəcək. Növbəti il ekosistem baxımından daha uğurlu nəticələr olacaq. Biz qarşıya qoyulan hədəflərə nail olacağıq”.

(c)Qafqazinfo