BİZNES

13 Dekabr

“Akabe” məhkəməlik oldu

Azərbaycanda tanınmış inşaat malları şirkəti “Akabe” MMC məhkəməlik olub.

“Fins.az” xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) ilə cərimə protokolu tərtib olunub. Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan protokola Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Akabe” MMC Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. İnşaat sahəsində çeşidli məhsulların istehsalı və satışını həyata keçirir. Bir sıra xarici brendin Azərbaycandakı rəsmi distribüteridir.