BİZNES

13 Dekabr

Türkiyəli biznesmenin Azərbaycandan çıxışına “stop” tələb olunur

Azərbaycanda fəaliyət göstərən “İSHİ inşaat” şirkətinin baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışına qadağa qoyula bilər.

“Fins.az” xəbər verir ki, bu iddia ilə Dövlət Vergi Xidməti Kommersiya Məhkəməsinə müraciət edib.

Hazırda şirkətin 3852.50 AZN vergi borcu mövcuddur. Dekabrın 22-də keçiriləcək prosesə hakim Zeynəb Axundova sədrlik edəcək.

Qeyd edək ki, Halil İbrahim Karaçelik 1992-ci ildə Bakıya gələrək Memarlıq və İnşaat Universitetində təhsil alıb. Türkiyədə bir sıra böyük şirkətlərdə inşaat layihələrinin rəhbəri kimi çalışıb, 2010-cu ildə isə öz şirkətini qurub.