BİZNES

12 Dekabr

Azərbaycana ən böyük məbləğdə məhsullar Rusiya və Türkiyədən gətirilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunub. 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46633,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 35045,6 milyon dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11587,6 milyon dollarını (24,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 23 milyard 458 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artmışdır.