BİZNES

12 Dekabr

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19% artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2022-ci ilin yanvar-noyabr aylarında icbari sosial fondlara ayırmalar üzrə yığımları artırıb. 

"Fins.az" xəbər verir ki, 2022-ci ilin 11 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,08 milyard manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% və ya 646,8 milyon manat artıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% artaraq 142 milyon manat olub.

Yanvar-noyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% artıb və 733,2 milyon manat təşkil edib