BİZNES

12 Dekabr

Əliyev və Putin Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planlarını müzakirə ediblər

Azərbaycan və RF prezidentləri İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat verib.

«Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr tarixli razılaşmalarının həyata keçirilməsinin bəzi praktik aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə edilib», - məlumatda bildirilir.

Mətbuat xidmətindən əlavə olunub ki, gələcək təmaslara dair razılıq əldə olunub.