BİZNES

09 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 13,2 faiz artıb

2022-ci il dekabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,7 faiz artaraq 709.557 olub.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,2 faiz artıb və 39 257 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 189.221-ə çatıb.