BİZNES

08 Dekabr

“Happy Business Year” sahibkarların və idarəçilərin yeni il ziyafəti-İŞTİRAK ÜÇÜN QEYDİYYATDAN KEÇİN

 Globers şirkətinin təşkilatçılığı, İşartı və Azərbaycan Menecment və İnvestisiya Korporasiyası (AMİK) sponsorluğu ilə 17 dekabr 2022-ci il tarixində “YaxtKlub” restoranında “Happy Business Year” sahibkarların və idarəçilərin yeni il ziyafəti keçiriləcək.

Tədbirin əsas məqsədi müxtəlif biznes profilləri üzrə nümayəndələrin aktiv kommunikasiyası yeni əlaqələrin qurulması və biznes sferasında olan həmkarlarla görüş və əyləncədir.

Tədbirin proqramı 3 hissədən ibarətdir:

1) Welcome drink :

İştirakçıların qeydiyyatı

Tədbirin açılışı

Coffee break və musiqi

Yeni tanışlıqlar üçün netvörkinq vaxtı

2) Rəsmi hissə və ziyafət :

Fəxri qonaq və sponsorların çıxışı ( KOBİA və ASK-dan nümayəndələrin çıxışı )

Mükafatlandırma və təşəkkür

Əyləncəli lotoreya və sponsorlardan hədiyyələr

3) Business party :

Əyləncəli şou-proqram

DJ Band və rəqslər

Qapanış mərasimi

Ardıcıl 2 ildir təşkil edilən “Happy Business Year” , hər ilin sonunda sahibkarları bir araya gətirməyə davam edir. 2019-cu ildən “Biznes Azərbaycan” brendi kimi fəaliyyət başlayan şirkət 2021-ci ildə yenilənərək “Globers” sahibkarlar arasında əlaqələrinin genişlənməsini həyata keçirir.

Şirkət eyni zamanda, Biznes Azərbaycan sosial layihəsi çərçivəsində tələbə və gənclərlə iş adamlarını birləşdirərək əmək bazarının inkişafını dəstəkləyir

Tədbirdə iştirak etmək istəyən sahibkarların müraciəti üçün müraciət forumunu aşağıdaki linkdə yerləşdiririk.

//docs.google.com/forms/d/e/1FAIpQLScea7jA863UdBs5FxkCieg3gqWrW6cvsr6lAkB2AUxAftnJSQ/viewform?glid=10402_132787_1670494760739-0_cb5c0099432a3df46c3d2bfa205d04c8