BİZNES

07 Dekabr

RİNN: “Aztelekom” MMC-nin Baş direktorunun işdən çıxması xəbəri doğru deyil

“Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Aztelekom” MMC-nin baş direktorunun vəzifəsindən azad edilməsilə bağlı xəbər yayılmışdı.

© APA