BİZNES

07 Dekabr

Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında gömrük əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Anlaşma Memorandumu gömrük prosedurlarının tətbiqinin səmərəliliyini artırmağa kömək edən məlumatların mübadiləsi, gömrük işi sahəsində işçi görüşlərin, təlim kursları, seminarların təşkili, malların qanunsuz ticarəti ilə mübarizə, gömrük nəzarətinə dair təcrübə, gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və araşdırılması üzrə məlumat və üsulların mübadiləsi və s. məsələləri əhatə edir.