BİZNES

06 Dekabr

Azərbaycanın qeyri-neft ixracı 14% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Fins.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən – AZPROMO-dan bildirilib.
Qeyd olunur ki, cari ilin ilk 11 ayında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 14% artıb.
Təkcə bu ilin noyabr ayında isə Azərbaycandan 302,13 mln. ABŞ dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ayla müqayisədə 12,2% çoxdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 47,2% artaraq 2 713,4 mln. ABŞ dolları təşkil edib.