Azərbaycanda bankçılıqdan başqa sığorta, tikinti, sənaye və turizm sahələrində fəaliyyət göstərən "PAŞA Holdinq"in Türkiyədə "Mandarin Oriental Hotel Bodrum"da tərəfdaş olmağa hazırlaşdığı bildirilir.
"Fins.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayımlayıb.
Məlumatda qeyd edilib ki, razılaşma halında "PAŞA Holdinq" "Astaş Holdinq"ə məxsus "Asta Cennetköy Turizm" şirkətinin ortağı olacaq.
"Asta Cennetköy Turizm" Bodrum Ticarət Palatasında qeydiyyatdan keçib. Şirkətin mərkəzi ofisi Gölköy məhəlləsində yerləşən ultra lüks turizm obyekti olan "Mandarin Oriental Hotel"in binası göstərilir. Buna görə qeyd olunur ki, böyük ehtimalla "PAŞA Holdinq" "Mandarin Oriental Hotel"ə şərik olacaq.
(c)Marja