Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Fins.az xəbər verir ki, qanuna əsasən, aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir.
Qanuna əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin informasiya sisteminə qoşulma barədə Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.
Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.