BİZNES

05 Dekabr

Səkinə Babayeva: Azərbaycanda spirt ektraktının nar,badam yağlarının olması fransız biznesmenləri çox maraqlandırır

Azərbaycanda spirt ektraktının  nar, badam yağlarının olması fransız biznesmenləri çox maraqlandırır.

Bunu “Fins.az”-a açıqlamasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.

O yaxın günlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya səfəri barədə məlumat verərək bildirib ki, Fransız biznesmenlərin Azərbaycana marağı çoxdur. Xüsusilə də biz estetik sahədə olan marağı gördük. Fransa, estetik sahədə istehsal olunan məhsullar,kremlərdə, saç boyalarında istifadə olunan xam malın Azərbaycandan idxalında maraqlıdır. Azərbaycanda spirt ektraktının  nar, badam yağlarının olması fransız biznesmenləri çox maraqlandırır. Bəzən biz buna çox adi baxırıq, ancaq fransız biznes adamları ilə  keçi südü, keçi südünün tərkibinin qurudularaq idxal olunmasını müzakirə edildi.   Müzkirələr zamanı məlum oldu ki, ölkəmizdən tərkibində gözəllik vasitələrinin istehsalı üçün vacib inqridentlər olan eşşək südü idxalı  da Fransız iş adamlarını maraqlandıran sahələrdən bidiridir. Biyan kökünün idxalı  və əməkdaşlıq  imkanları eyni zamanda, məhsulların Azərbaycana satılması sahəsində əlaqələrin qurulması  bağlı əməkdalıq imkanları nəzərdən keçirildi.

O səfər zamanı aparılan əməkdaşlıq əlaqlərinin müzakirəsindən irəli gələn layihələrin həyata keçirilməsi imkanlarına aydınlıq gətirərək  “Son zamanlar Fransa Senatında Azərbaycana qarşı qəbul edilən sənədlə bağlı  münasibətlər nisbətən gərgindir. Ona görə də bu kimi  məsələlər hələ ki, baxılmaqdadır. Dövlətlərarası münasibətlərdə iqtisadi tarazlıqları olarsa, əlbəttə ki, bu münasibətlərin daha çox bizim gələcək inkişafımıza,  məhsullarının satışına və bu münasibətlərimizin  daha da inkişaf etdirilməsinə təsir göstərəcək. Əgər siyasi tərəflər həll olunarsa, biz yenə də bu münasibətlərin dərinləşməsi,  daha da inkişaf etməsində öz töhfəmizi verəcəyik”,-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva