BİZNES

02 Dekabr

“Norm” ASC ağacəkmə kampaniyasına qoşulub

Gənclər və İdman Nazirliyi Velosiped trekinin balansında olan BMX Veloparkında ağacəkmə kampaniyası keçirilib. Kampaniyada Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, Velosiped Federasiyası, yerli icra hakimiyyəti orqanlarının və bir sıra yerli qurumların nümayəndələri iştirak edib. “Norm” ASC də bu kampaniyaya qoşulub və ərazidə yüzlərlə ağacın əkilməsinə, eləcə də əkilən ağacların suvarılmasında istifadə olunan damcılama sisteminin təchiz olunmasına dəstək göstərib. BMX Veloparkında ağacəkmə kampaniyası Bakı şəhərində yaşıllıqların artırılması və ekoloji mühitin yaxşılaşdırılmasına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir və “Norm” ASC-nin kampaniyaya qoşulması şirkətin ekoloji cəhətdən dayanıqlı inkişafa verdiyi önəmin göstəricisidir.

İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda NORM KLASS A400 – CEM II/A-L 32.5R, NORM KLASS B – CEM II/B-L 32.5R, NORM KLASS C500 – CEM II/A-P 42.5R, NORM KLASS S – CEM II/A-P 42.5N (SDPS 500 Ə20), NORM KLASS D – CEM II/A-P 42.5R, NORM KLASS L500 – CEM II/A-L 42.5R, NORM KLASS 1 – CEM I 52.5N, NORM KLASS G (HSR) – API Spec 10A Class G HSR sement məhsulları istehsal olunur.