BİZNES

01 Dekabr

Mikayıl Cabbarov: Biz yenilənmiş siyasəti KOB-larla bağlı formalaşdırdıq 

Biz yenilənmiş siyasəti KOB-larla bağlı formalaşdırdıq .

"Fins.az" xəbər verir ki, bunu  İqtisadiyyat Naziri Mikayıl Cabbarov  çıxışı zamanı deyib.

O bilrib ki, kiçik, orta biznes sahibkarlarına gəldikdə bu, böyük əhəmiyyət kəsb edir və müstəqillik qazanandan sonra əlbəttə ki, ölkənin inkişafına təsir göstərən böyük amillərdən biridir.Azərbaycanın böyük ərazisinin işğalı idi və əhalinin böyük bir qisminin qaçqınlara çevrilməsi idi və iqtisadiyyat məfhumu və bu amili hər zaman nəzərə almalıdır.Çünki bu, iqtisadi tənəzzül və ÜDM nin azalmasına nəzəri cəhətdən gətirib çıxaran bir amil idi. Vəziyyət Azərbaycan hidrokarbon ehtiyatlarının hasilatı sahəsində uğur atdıqdan sonra dəyişdi. Bizim göstəricilərimiz dəyişdi və mənfəət qeydə alındı. Bizim təsisatlar, o cümlədən Neft Fondu təsis olunmuşdu və başqa dəyişikliklər də gəldi.

Mikayıl Cabbarov KOB-ların inkişafına təkanverici amil olan devalvasiya dövrü və yeni iqtisadi prioritetlərin müəyyən olunmasına da toxunaraq "Hər şey yaxşı olduğu halda, niyə görə biz diqqəti KOB-ların inkişafına yönəltməliyik? Çünki bildiyiniz kimi, siyasətin və iqtisadiyyatın qarışımı, hər zaman gözümüz və fiskal gəlirlərin büdcəyə yönəldilməsi bir o qədər də aydın deyil. Əlbəttə ki, biz bu məsələdə səhvə yol verə bilməzdik. Çünki bu canlı və güclü kiçik və orta sahibkarlığın yaradılması nəzərdə tutmalıyıq və iqtisadi və siyasi şokların fonunda biz sabitlik yaratmalıyıq və əlbəttə ki,səhvlərimiz nədən ibarət idi və retrospektiv baxışdan biz bilirik, nə etmək lazımdır və 2015- 2016-cı ildə siyasəti dəyişməyə başladı və uzunmüddətli yüksək neft Və qaz qiymətlərindən sonra bazarlar tənəzzülə uğramağa başlamışdı və bir çox şoklar yarandı. Odur ki, Azərbaycan öz milli pul vahidinin devalvasiyanın ağrılı prosesinə keçdi və bu iqtisadiyyata sosial sahəyə və biznesə təsir göstərdi və 2015-ci il 2016-cı illərə baxdıqda biz onları dönüş nöqtəsi sayırıq. Çünki biz yenilənmiş siyasətləri KOB-larla bağlı formalaşdırdıq və bunun nəticəsində siyasətin nəticələri yarandı və onu qiymətləndirməklə Azərbaycanın kontekstini dərk etmək mümkündür. Prezident qərarlı və sürətlə davrandı, ixtisaslı bir qurum formalaşdı və mən şansdan yararlanaraq agentliyin rəhbərliyi haqqında şərh vermək istəyirəm. Onun sədri Orxan Məmmədov, digər həmkarlar da kiçik və orta biznesin inkişafı sahəsində möhtəşəm işlər görürlər və qeyd etmək istərdim ki, bizim siyasətimiz müxtəlif sahələri əhatə edir və müxtəlif sahibkarlıq subyektlərinə kömək vasitələri nəinki siyasəti,həmçinin alətləri etiva edir və onlar öz fəaliyyətlərini onların vasitəsi ilə həyata keçirə bilir",-deyə qeyd edib.