BİZNES

30 Noyabr

Azexport portalına olan sifarişlərin həcmi açıqlanıb

Cari ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 37,3 mln. dollar təşkil edib.

Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, cari ilin oktyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin pambıq yağı, kərə yağı, qurğuşun, tikinti kərpici, toyuq əti, xurma, fındıq, tütün, mühərrik yağı buğda unu və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (70 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 mlrd. dollar təşkil edib.