BİZNES

30 Noyabr

Yaxın aylarda Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması gözlənilir-Rəsmi açıqlama

Yaxın aylarda Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması gözlənilir. 

"Fins.az" xəbər verir ki, Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin "Ticarət və İxracat" adlı forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:" Hər iki tərəfdən 20 məhsul seçilib". 

Onun sözlərinə görə, saziş imzalandıqdan sonra bir sıra Pakistan məhsullarının Azərbaycan bazarına daxil olması asanlaşdırılacaq: “Yəni, saziş imkan verəcək ki, bir sıra Pakistan məhsulları Azərbaycan bazarına aşağı gömrük tarifləri ilə daxil olsun. Eyni qaydada, bir sıra Azərbaycan istehsalı olan məhsulların Pakistan bazarına daxil olmasını asanlaşacaq. Bu sazişin imzalanması Azərbaycanla Pakistan arasında ticarətin inkişafına səbəb olacaq".