BİZNES

30 Noyabr

Ma Çi: Azərbaycanın Çinlə Azad Ticarət Sazişinə qoşulması ikitərəfli ticarətə, investisiya əməkdaşlığına əhəmiyyətli təkan verə bilər

Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcəyi güman edilir.

"Fins.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron ticarət, ATS və digər əlaqəli sahələr üzrə təlimlər təşkil edib. Azərbaycandan da müvafiq təşkilatlar təlimə iştirakçılar göndərib.

İqtisadi ticari müşavir Çinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlığına toxunaraq qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) gəlincə, Azərbaycan hazırda qurumun müşahidəçi dövlətidir. Çinin ŞƏT üçün yaratdığı iqtisadi və ticarət əməkdaşlıq platformaları Azərbaycan şirkətləri üçün də açıqdır. Məsələn, Çin Şandun əyalətinin Qingdao şəhərində ŞƏT nəzdində Regional İqtisadi və Ticarət Əməkdaşlıq Sərgi Zonasını yaradıb. Sərgi zonasındakı ekspo mərkəzi Azərbaycan şirkətləri və məhsulları üçün pulsuz sərgi stendləri təqdim edə bilər. Biz Azərbaycanın bütün sektorlarını ŞƏT çərçivəsində iqtisadi və ticarət fəaliyyətini fəal şəkildə  dəstəkləyirik.