BİZNES

30 Noyabr

AZPROMO rəsmisi: Azərbaycanın qeyri-neft məhsullarının ixracı hər il artır

Azərbaycanın qeyri-neft məhsullarının ixracı hər il artır, 2021-ci ildə qeyri neft məhsullarının ixracının həcmi 2,7 milyard ABŞ dolları təşkil edibsə, bu ilin 9 ayında bu göstərici 2 milyardı aşıb. 

"Fins.az" xəbər verir ki, AZPROMO rəhbərinin müavini Zöhrab Qədirov "Ticarət və ixracat" adlı forum zamanı deyib

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb:" Ümumiyyətlə, ötən illə müqayisədə ixracın həcminin daha da böyük olması gözlənilir. İxracın artımı sistemli şəkildə olmalıdır, sistemli şəkildə olması üçün bunun infrastrukturu olmalıdır. AZPROMO Milli İxrac Strategiyasına hazırlayıb. Strategiyada tədbirlər planı, nəticələr əlavə edib. Strategiya çərçivəsində nəticələrin əldə edilməsini qarşımıza qoymuşuq".

O əlavə edib ki, sənaye məhsulları Azərbaycandan ixrac edilən qeyri-neft məhsullarının əksəriyyətini təşkil edir:" İxrac edilən qeyri-neft məhsullarının 60 faizi demək olar ki sənaye məhsullarıdır. Kimya sənayesi daha çox töhfə verir".

O vurğulayıb ki, aqrar sektor çox önəmlidir:" Aqrar sahədə məhsullar daha çox xam halında ixrac edilir, emal halında ixrac edən kənd təsərrüfatı məhsulları azdır".