BİZNES

30 Noyabr

Bir çox xammal və materiallar gömrük rüsumundan azad olunacaq-GÖMRÜK RƏSMİSİNDƏN AÇIQLAMA

Digər dövlət qurumları ilə işçi qaydada görüşün nəticəsi olaraq istehsalda istifadə oluna bilən digər xammal və materialların da artıq gömrük rüsumundan azad olunması, rüsumun aşağı dərəcəsinə gəlinməsi, razılığa gəlinmiş və yaxın zamanlarda qərarın qüvvəyə minməsi gözlənilir
“Fins.az” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev deyib.

Onun sözlərinə görə güzəştli qaydada malların idxalı Dövlət Gömrük Komitəsi tərəfindən tətbiqinə icazə verilmişdir və statistik rəqəmlərə diqqət yetirsək görərik ki, cari ilin 10 ayı ərzində ölkəyə idxal olunan ümumi idxalın 20 % -i əlavə dəyər vergisindən azad olunmuş və 57%  isə idxal gömrük rüsumundan azad olunmuşdur. Sahibkarlığın inkişafına bu azadolmaların tətbiqinin xidmət etdiyini, vətəndaş məmnunluğuna töhfə verdiyini, eyni zamanda yerli istehsalın inkişafına töhfə verdiyini nəzərə alaraq Dövlət Gömrük Komitəsi digər dövlət qurumları ilə birgə işçi qaydada görüşlər keçirilmiş və həmin azadolma siyahılarının daha da genişləndirilməsi qərarına gəlmişdir. 
Tariyel Alverdiyev qeyd edib ki, biz bilirik ki, bu gün ölkə ərazisinə idxal olunan mallara münasibətdə gömrük rüsumlarının tətbiqi azpilləli, yəni daha əvvəl yeddi pilləli idi. Mövcud halda 3 pilləli, yəni 0-5 və 15% həcmində idxal rüsumu tətbiq olunur. Burada ölkə ərazisinə idxal olunan xammallara münasibətdə 0% həcmində yarımfabrikatlara 5 % həcmində hazır məhsullara münasibətdə isə 15% həcmindədir və yeni digər dövlət qurumları ilə işçi qaydada görüşün nəticəsi olaraq istehsalda istifadə oluna bilən digər xammal və materialların da artıq gömrük rüsumundan azad olunması, rüsumun aşağı dərəcəsinə gəlinməsi, razılığa gəlinmiş və yaxın zamanlarda qərarın qüvvəyə minməsi gözlənilir. Bununla yanaşı, bildirmək istərdim ki, Gömrük xidmətində göstərilən xidmətin gömrük səviyyəsinin artırılması məqsədilə gömrük orqanlarında ekostums gova saytı portalı istifadəyə verilmişdir. Artıq burada 18 elektron xidmət şəxslərin ixtiyarına verilib. Həmin xidmətlərin yaxın zamanda otuzuna çatdırılması gözlənilir. Həmçinin həmkarımın vurğuladığı cənab Prezidentin sərəncamı ilə təsdiq olun. Əgər sosial iqtisadi islahatlara dair strategiya əsas götürərək Komitə tərəfindən müvafiq sərəncam imzalanmış, bu yeni gömrüyün yeni gələcəyə baxış fəaliyyət proqramıdır ki, burada da əsas beş strateji hədəf müəyyənləşdirilmişdir ki, bu hədəflərdən birincisi sahibkarlığın inkişafı nöqteyi nəzərdən sahibkar və vətəndaş məmnunluğunun qorunmasıdır və qısaca həmin fəaliyyət proqramından qısaca bir Neçə məlumat verim? Əslində Fəaliyyət proqramında strateji hədəflər müəyyənləşdirəndə, ilk növbədə sahibkarlarla görüşlər keçirilmiş, həlli nəzərdə tutulan məsələlər sahibkarlar tərəfindən qaldırılmış və həmin məsələlərin yaxın zamanda həlli üçün istiqamətlər hədəflər müəyyən olunmuşdur.Şəxslərin hər hansı bir gömrük idarəsində malların rəsmiləşdirilməsi zamanı  gömrük idarəsində avans hesabında olan vəsaitindən digər əslində yaranacaq borcda istifadə edə bilmir və yaxud gömrük ödəniş növü üzrə avansında olan vəsaitdən digər yaranmış borcu üzrə istifadə edə bilmir. Amma yeni fəaliyyət proqramında artıq bu həllini tapır və şad xəbər kimi də bildirim ki, bir dekabr tarixindən pilot layihə olaraq başlanacaq.1 yanvar tarixindən isə tam tətbiqinə başlanacaq. Bunun üçün biz Maliyyə Nazirliyinin artıq razılıq əldə etmişik. Vahid Dövlət Gömrük Komitəsinin hesabı olacaq və bu proses düşünürəm ki, sahibkarlara  sürətli keçidin rəsmiləşdirmənin sürətli həyata keçirilməsinə xidmət edəcəkdir.